Pezeşkianla Bərzani Türkiyədə görüşdü
İran Prezidenti Məsud Pezeşkianla İraq Kürdüstanı Regionunun rəhbəri Neçirvan Bərzani arasında Antalyada görüş keçirilib.
TodayPress TV xəbər verir ki, görüş COP31 sammiti çərçivəsində baş tutub.
Tərəflər İran, İraq və İraq Kürdüstanı Regionu arasındakı münasibətlərin mövcud vəziyyətini, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Onlar bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi üçün siyasi dialoqun davam etdirilməsinin və səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.