Azərbaycanda təxminən 1000 məsciddə din xadimi yoxdur - Sədr müavini

Azərbaycanda təxminən 1000 məsciddə din xadimi yoxdur - Sədr müavini
12.11.2026 13:51 Gündəm

"Kadr hazırlığı bu gün bizim qarşımızda duran əsas prioritet istiqamətlərdən biri, bəlkə də birincisidir. Azərbaycanda təxminən 2500-ə yaxın məscid var. Amma bizim təyin edilmiş din xadimlərimizin sayı təxminən 1300 nəfərdir".

TodayPress TV "Unikal"a istinadən  xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

"Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir. Bu gün təyinat alan din xadimlərimizin təxminən ən azı üçdə birinin nə ali, nə orta ixtisas dini təhsili yoxdur. Onu da qeyd edim ki, ölkədə xaricdə dini təhsil alıb gələnlərin sayı isə ən azı 3500 civarındadır", - deyə sədr müavini bildirib.


XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər