Ərdoğan Pezeşkianla Antalya görüşündə hansı mesajları verdi?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən COP31 iqlim sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, eləcə də regional və beynəlxalq gündəmdəki son hadisələr müzakirə olunub.
Görüş İranla ABŞ arasında gərginliyin davam etdiyi və Türkiyənin tərəflər arasında dialoqun təşviqinə çalışdığı bir vaxta təsadüf edib.
Qeyd edək ki, Pezeşkian sammit çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif də daxil olmaqla, bir sıra regional liderlərlə də görüşlər keçirir. İran Prezidenti Antalyaya səfərindən əvvəl İran, ABŞ və İsrail arasında baş vermiş münaqişənin ətraf mühitə vurduğu ziyanı sammitdə gündəmə gətirəcəyini bildirib.
COP31 noyabrın 9-dan 20-dək Türkiyənin ev sahibliyi ilə keçirilir. Sammitdə dünya liderləri iqlim dəyişikliyi və ətraf mühit sahəsində beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edirlər.
Jalə Rövşən