Messinin varisi: “Barselona” rəsmisi Yamalın “Qızıl top”unu elan etdi
“Barselona”nın idman direktoru Deku 19 yaşlı hücumçu Lamin Yamalın mövsümün ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına əsas namizəd olduğunu düşünür.
TodayPress TV xəbər verir ki, kataloniya təmsilçisinin rəsmisi “El Món a RAC1” proqramına açıqlamasında gənc ulduzun çıxışını yüksək qiymətləndirib:
“Hesab edirəm ki, Lamin Yamal ana namizəddir. O, “Barselona” ilə titullar qazanıb və dünya çempionu olub. Ötən mövsüm komandanın əsas heyət oyunçusu idi və La Liqanın ən yaxşısı seçildi. Futbolu sevən biri kimi burada heç bir şübhə görmürəm. Bu, Messi ilə bağlı vəziyyətə bənzəyir: Leo ən yaxşısı idi. Bu halda da xüsusi mübahisəyə ehtiyac yoxdur”.
Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən Yamal “Barselona”nın heyətində İspaniya çempionu olub. 19 yaşlı vinqer İspaniya millisi ilə birlikdə dünya çempionatının qızıl medallarını qazanıb.
Xatırladaq ki, Lionel Messi Kataloniya klubunda çıxış etdiyi illərdə 7 dəfə “Qızıl top” mükafatına layiq görülüb.
Namiq HUN