Messinin baş məşqçisi istefa verdi

İdman

15.04.2026 08:22

Xavyer Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən ayrılıb.

TodayPress TV xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.

2025-ci ilin əvvəlindən komandanı çalışdıran argentinalı mütəxəssisin klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədə idi.

Xatırladaq ki, "İnter Mayami" ötən mövsüm pley-offda çempion olsa da, cari mövsümdə Şərq Konfransında üçüncü pillədə qərarlaşıb.

TodayPress TV

tag: Xavyer Maskerano,İnter Mayami,Baş Məşqçi, Klub, todaypress.tv,