Messidən sonra Argentinada YENİ DÖVR - Millinin yeni kapitanı bəlli oldu
Lionel Messinin Argentina yığmasındakı karyerasını başa vurmasından sonra millinin yeni kapitanı müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
"Tanqoçular"ın yeni kapitanı İspaniyanın "Atletiko" (Madrid) klubunun müdafiəçisi Kristian Romero olacaq.
Kristian Romero 2022-ci ildə dünya çempionu, 2026-cı ildə isə mundialın gümüş medalçısı olub. O, həmçinin iki dəfə Amerika Kubokunun qalibi adını qazanıb.
Xatırladaq ki, Lionel Messi avqustun 31-də Argentina millisindəki çıxışını başa vurduğunu açıqlayıb.