Messi sevdası iğtişaşla nəticələndi

İdman

13.12.2025 15:15

Hazırda Hindistanda olan Argentinalı ulduz futbolçunun təhlükəsizliyi üçün təşkil olunan mühafizə konvoyu vəzifəsini icra edib.

TodayPress TV xəbər verir ki, Messi Kəlküttənin “Solt-Lreyk” stadionda az müddətlik azarkeşlərə göstərildikdən sonra, nəzarətdən çıxan qəzəbli kütlə yoluna çıxan hər şeyi dağıtmağa başlayıb.

Hadisə iğtişaşa çevrilib.

Messinin Hindistandakı səfəri böyük maraq doğursa da, baş verənlər ulduz futbolçuların bu cür ölkələrə səfərlərində təhlükəsizlik məsələlərinin nə qədər həssas olduğunu bir daha ortaya qoyub.

Qeyd edək ki, Hindistana səfəri çərçivəsində Lionel Messi Kəlküttədən başqa Mumbay, Yeni Dehli və Heydərabad şəhərlərini də ziyarət edəcək. 

Xatırladaq ki, dünya çempionu Kəlküttədə özünün 21 metr hündürlüyündə olan heykəlinin açılışını edib.

Namiq HUN

TodayPress TV

tag: Messi,Hindistan,Səfər,İxtişaş,Todaypress.tv,