Messi: “Mayamidə dünya çempionatında oynamaq xüsusi hiss olacaq”

İdman

03.11.2025 09:15

Lionel Messi 2026-cı il dünya çempionatında oynayıb-oynamayacağı barədə danışıb.

TodayPress TV xəbər verir ki, “İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi növbəti dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı italiyalı idman şərhçisi Fabritsio Romanonun sualına cavab verib:

“Ən başlıcası növbəti dünya çempionatında oynamaq istəyirəm. O var, həm də çox böyükdür. Amma özümü yaxşı hiss etmək, komandaya fayda vermək və maksimum səviyyədə çıxış etmək də vacibdir”.

Messi, həmçinin, yarışın Şimali Amerikada - o cümlədən Mayamidə keçiriləcəyinin xüsusi mənası olduğunu qeyd edib:

“Yığmanın formasını geyinmək hər zaman xüsusi hissdir, dünya çempionatında oynamaq isə daha da fərqli. Düşünürəm ki, turnir təşkilati baxımdan ən yüksək səviyyədə olacaq, baxmayaraq ki, ABŞ, Kanada və Meksika arasında uçuşlar yorucu olacaq. Amma bəli, yenidən dünya çempionatında oynamaq, qazandığımız titulu qorumaq və bir daha iştirak etmək əla olardı, - deyə Messi bildirib.

Xatırladaq ki, Messi Argentina yığması ilə son dünya çempionatının qalibi olub. 

Namiq HUN

TodayPress TV

tag: Messi,İnter Mayami,Çempionat,2026,Todaypress.tv,