Messi: “Futboldan kənar müzakirələr mənə xoş deyil”

İdman

07.01.2026 09:10

“İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi sosial şəbəkələrdəki fəaliyyəti, eləcə də bunun onun şəxsi imicinin internet və mediada müzakirəsinə təsiri barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Ole nəşri məlumat yayıb. 

“Bəzən kimisə izləmədən çıxmaq istəyirəm, amma bunu etmirəm, çünki bunun nələrə gətirib çıxara biləcəyini anlayıram… Bütün bu mənasız şeylərin nəticələri olur. Məni ən çox narahat edən də məhz budur. Futboldan kənar hansısa kontekstdə haqqımda danışılmasını xoşlamıram”, - deyə Messi bildirib. 

Qeyd edək ki, argentinalı futbolçu “İnter Mayami” klubuna keçməzdən əvvəl “Barselona” və PSJ kimi Avropa nəhənglərinin formasını geyinib.

Namiq HUN

TodayPress TV

tag: Messi,Sosial şəbəkə,Media,Müzakirə,Todaypress.tv,