Məşqçi qəzəbdən müqavilə şərtlərini müzakirə etmədi
İdman
04.01.2026 13:02
“Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska vaxtından əvvəl müqaviləsinin ləğvi üçün 14 milyon funt sterlinq (16,1 milyon avro) kompensasiya almağa haqlı idi.
TodayPress TV The Sun nəşrinə istinadən xəbər verir ki, 45 yaşlı baş məşqçi klub rəhbərliyinin nüfuzunu zəiflətməsindən o qədər qəzəblənmişdi ki, müqavilənin şərtlərini müzakirə etməyib.
Bundan əlavə, Mareska futbolçuların sağlamlığını riskə atmaq və həkimlərin qadağasına baxmayaraq onları oynatmaq barədə ehtimallardan narazı olub. İtaliyalı məşqçi həmçinin “zadəganlar”ın rəhbərliyi ilə əsas heyət və oyunçu dəyişiklikləri barədə fikir ayrılığı yaşayıb.
Qeyd edək ki, italiyalı mütəxəssisin “Çelsi” ilə əmək müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulmuşdu və bir mövsüm uzatma imkanı var idi. Lakin 1 yanvarda London klubu onun istefasını açıqladı.
Xatırladaq ki, Enzo Mareska “Çelsi”də baş məşqçi vəzifəsini 2024-cü ilin yayından tutmuşdu.
Namiq HUN
tag: Enzo Mareska,Çelsi,Klub,Qərar,Todaypress.tv,
