Məşhur tennisçinin uşaqlıq sirri: Atası onu necə çempion etdi?
2021-ci il “US Open” çempionu, dünyanın 89-cu raketkası olan böyük britaniyalı tennisçi Emma Radukanu uşaqlıqda məşğul olduğu müxtəlif idman növləri arasından niyə məhz tennisi seçdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə "UNIQLO" nəşrinə danışıb.
“Atam hər şeydən az-az sınamağımı istəyirdi. Çeçotka rəqsi, atçılıq, qolf, basketbol, kartinq, motokross... Atçılığı çox sevirdim. Mindiyim at kifayət qədər sakit idi və yarım saatlıq dərsdə elə də uzağa gedə bilmirdik! Amma məşğul olduğum hər şey arasında özümü ən yaxşı tennisdə göstərə bildim. Elə bil başqa hər şey buna hazırlıq idi. Beynəlxalq yarışlarda iştirak etmək mənə böyük məmnunluq hissi verdi və dünyagörüşümü genişləndirdi, - deyə Radukanu bildirib.
Doğru seçim etdiyinizi düşünürsünüz?
“Bəli, tamamilə. Səyahətlər arzulaya biləcəyim ən yaxşı dərs oldu. Müxtəlif insanlarla ünsiyyətdə oluram, bu da dünyagörüşümü artırır. Tenis həmçinin mənə özümü idarə etməyi və həyəcana qalib gəlməyi öyrətdi", – deyə Emma Radukanu "UNIQLO"ya müsahibəsində vurğulayıb.
Namiq HUN