Məşhur futbolçu təcavüzdə ittiham olundu
İdman
04.11.2025 11:56
“Monako” klubunun və Fransa millisinin keçmiş hücumçusu Vissam Ben Yedder hakim qarşısına çıxacaq.
TodayPress TV “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, Vissam Ben Yedder qardaşı ilə birgə “təcavüz”, “təcavüzə cəhd” və “cinsi təcavüz” maddələri ilə ittiham olunur.
Hər iki qardaş 2023-cü ilin yayından iki qadının şikayətindən sonra rəsmi istintaq altındadır.
Bu, Ben Yedderin ilk məhkəməsi deyil. O, sentyabrda Nitsa məhkəməsi tərəfindən həyat yoldaşına qarşı psixoloji zorakılığa görə 90 min avro (105 min dollar) cərimələnib. 2023-cü ildə isə İspaniya məhkəməsi tərəfindən 2016-19-cu illərdə Sevilyada vergi fırıldaqçılığına görə altı aylıq şərti həbs cəzasına məhkum edilib.
Vissam Ben Yedder hazırda Türkiyənin “Sakaryaspor” klubunda oynayır.
Namiq HUN
tag: Monako,Klub,Fransa,Vissam,Todaypress.tv,
