Mersisaydlılar Entoni Qordon üçün 91 milyon avrodan keçməyə hazırdır

İdman

23.02.2026 01:22

"Liverpul" növbəti mövsüm üçün transfer çalışmalarını sürətləndirib. İngiltərə təmsilçisi hücum xəttini gücləndirmək məqsədilə "Nyukasl"ın ulduz futbolçusunu hədəfə alıb.

TodayPress TV “Transfer News Live” nəşrinə istinadla xəbər verir ki, mersisaydlılar Entoni Qordonun keçidi üçün 80 milyon funt-sterlinqdən (176 milyon AZN) çox məbləğ təklif etməyə hazırlaşır. Bu maraq yayda komandanın hücum xəttində gözlənilən ciddi dəyişikliklərlə əlaqələndirilir.

2025/2026 mövsümündə bütün turnirlərdə 37 oyuna çıxan Qordon 14 qol və BEŞ məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına görə, oyunçunun hazırkı bazar dəyəri 60 milyon avro (120 milyon AZN) təşkil edir.

Xatırladaq ki, Qordon UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən ilk matçda "Qarabağ"ın qapısına dörd qol vuraraq pokerlə yadda qalmışdı.

tag: Liverpul,Nyukasl,Transfer ,Entoni Qordon,TodayPress TV,