“Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir!
Corc Rassell müasir “Formula-1” bolidlərində startın niyə daha çətin olduğunu izah edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Motorsport Week” nəşri məlumat yayıb.
Corc Rassell müasir “Formula-1” maşınlarında start prosesinin əvvəlki nəsil bolidlərlə müqayisədə daha mürəkkəb olduğunu bildirib.
“Mercedes” pilotunun sözlərinə görə, yeni texnologiyalar və hibrid sistemlər sürücülərdən daha dəqiq koordinasiya tələb edir.
“Düşünürəm ki, hazırkı nəsil bolidlərlə yaxşı start almaq çox çətindir. Əvvəlcə turbinin lazımi dövrəyə çatmasını və mühərrikdən təzyiq əldə etməyi təmin etməlisən. Daha sonra MGU-K sistemi 50 km/saat sürətə çatana qədər işə qoşulmur.
Bundan sonra güc ötürülməsini avtomobilin sürətlənməsi və ötürmələrin dəyişdirilməsi ilə düzgün sinxronlaşdırmaq lazımdır. Bütün bu proseslərin ahəngdar işləməsinə nail olmaq isə olduqca mürəkkəbdir”, – deyə Rassell bildirib.
Namiq HUN