Mərakeş millisi yeni baş məşqçi ilə böyük hədəflər qoydu!

İdman

06.03.2026 12:27

Mərakeş Kral Futbol Federasiyası kişi milli komandasının yeni baş məşqçisinin adını açıqlayıb.

TodayPress TV xəbər verir ki, qurumun qərarına əsasən, yığmanın sükanı arxasına 49 yaşlı Mohamed Uahbi gətirilib. 

O, daha əvvəl Mərakeşin gənclərdən ibarət milli komandasında çalışıb.

Federasiya prezidenti Fauzi Lekyi təyinatın strateji qərar olduğunu bildirib:

“Bu təyinat sadəcə dəyişiklik deyil, strateji yanaşmadır. Məqsədimiz aydın inkişaf xəritəsi ilə Mərakeş futbolunu davamlı şəkildə inkişaf etdirməkdir. Mohamed Uahbinin təyin olunması və yüksək səviyyəli mütəxəssislərin cəlb edilməsi sayəsində standartlarımızı və tələblərimizi hər gün artırırıq. “Mərakeş-2030” bizim üçün motivasiyaedici hədəfdir. Məqsədimiz dünyanın ən güclü komandaları arasında mövqeyimizi möhkəmləndirmək və bu ildən 2030-cu ilə qədər gözlənilən nəticələri əldə etməkdir”.

Xatırladaq ki, Mərakeş yığma komandası 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Namiq HUN

TodayPress TV

tag: Mərakeş ,Milli komanda,Mohamed Uahbi ,Təyinat,Todaypress.tv,