Menşik Lendlin 45 illik rekordunu geridə qoydu
Yakub Menşik “Böyük Dəbilqə” turnirlərinin Açıq Erasında yarımfinala yüksələn ən gənc çexiyalı tennisçi olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Opta Ace” məlumat yayıb.
Dünya reytinqində 27-ci pillədə qərarlaşan Menşik “French Open-2026”nın 1/4 finalında braziliyalı Joao Fonsekanı 6:4, 6:3, 7:6 (7:3) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, 20 yaş 265 günlük Menşik bununla da Çexiya tennisinin rekordunu yeniləyib. Əvvəlki rekord səkkizqat “Böyük Dəbilqə” çempionu Ivan Lendlə məxsus idi. Lendl 1981-ci ildə keçirilən “Rolan Qarros”da 21 yaş 79 günlük olarkən yarımfinala yüksəlmişdi.
Menşik finala vəsiqə uğrunda Almaniyanın aparıcı tennisçilərindən biri olan Aleksander Zverev ilə qarşılaşacaq.
Namiq HUN