Melburn həyəcanı başlayır – start hər şeyi həll edəcək

Melburn həyəcanı başlayır – start hər şeyi həll edəcək
21.02.2026 15:52 İdman

“Ferrari” komandasının pilotu Şarl Lekler mövsümün ilk mərhələsi öncəsi startın xüsusi əhəmiyyət daşıdığını etiraf edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Sportal nəşrinə danışıb. 

Monakolu sürücü bildirib ki, komanda Melburndakı ilk yarış ərəfəsində start üzərində xüsusi işləyib:

“Start yarışın çox vacib məqamıdır və biz buna xüsusi diqqət ayırmışıq. Bu element hamı üçün çətin olaraq qalır, amma bəlkə də bizim kiçik üstünlüyümüz var. Buna görə sevinirəm, çünki Avstraliyada hər start həlledici olacaq – həm çoxlu mövqe qazana, həm də itirə bilərsən.

Testlərdə bizim start yaxşı görünür, amma nəticə çıxarmaq üçün hələ tezdir. Hamı real formasını gizlədir və rəqiblərin daha sürətli olduğu görüntüsünü yaratmağa çalışır. Hələ tam olaraq harada olduğumuzu bilmirik”.

Qeyd edək ki, Avstraliya Qran Pri 6–8 mart tarixlərində Melburnda keçiriləcək və 2026-cı il mövsümünün açılış mərhələsi olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər