Məhəmməd Salah üçün rekord təklif
İdman
12.12.2025 12:19
Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu “Liverpul”un futbolçusu Məhəmməd Salaha illik 120 milyon funt sterlinq maaş təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə Indykaila News X sosial şəbəkəsində məlumat paylaşıb.
Salahın yeni klubunda həftəlik qazancı 2,5 milyon funt təşkil edəcək.
Daha əvvəl misirli hücumçu “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slot ilə mübahisəyə girib. O, niderlandlı mütəxəssisi özünə qarşı hörmətsizlikdə ittiham edib.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Cari mövsümdə Salah klub səviyyəsində 19 matça çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O klubla birlikdə Premyer Liqanı, Çempionlar Liqasını, daxili kubokları, Klublararası Dünya Çempionatının titullarını qazanıb.
Namiq HUN
tag: Məhəmməd Salah,Liverpul,Maaş,Səudiyyə Ərəbistan,Todaypress.tv,
