Məğlubedilməz İspaniya yoluna devam edir: Məşqçi sükanı əldən vermir!

Məğlubedilməz İspaniya yoluna devam edir: Məşqçi sükanı əldən vermir!
21.09.2026 15:57 İdman

İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətinin uzadıldığını rəsmi olaraq açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə RFEF-in mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2032-ci ilə qədər nəzərdə tutulan yeni razılaşmaya imza atıblar.

“İspaniya Kral Futbol Federasiyası Millətlər Liqası, Avropa Çempionatı və Dünya Çempionatının qazanıldığı, həmçinin İspaniyanın futbol tarixində ən uzun məğlubiyyətsizlik seriyasına imza atdığı tarixi dövrdən sonra milli komandanın baş məşqçisi ilə müqaviləni daha altı il müddətinə uzatdı.

Müqavilənin 2032-ci ilə qədər yenilənməsi, Avropanı və dünyanı fəth etdikdən sonra zəhmətkeşlik, təvazökarlıq, birlik və komanda ruhuna əsaslanan yeni mərhələyə qədəm qoyan yerli mütəxəssis üçün davamlılığı təmin edir”, — deyə RFEF-in bəyanatında bildirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər