MDB Oyunları: Avarçəkənlərimiz yarışı dörd medalla başa vurdular
Mingəçevir şəhərində III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışları başa çatıb.
TodayPress TV xəbər verir ki, yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində iki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə dörd medal qazanıblar.
Əlimurad Hacızadə multi-idman oyunlarının gümüş medalına sahib çıxıb. Amil Ramazanov iki bürünc medal qazanıb. İvan Vorobjanski və Hüseyn Həsənovdan ibarət duet isə finişə üçüncü çatıb.
Namiq HUN