Mbappe tarix yazdı
Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasında 400-cü qolunu vurub.
TodayPress TV xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna yığmasına (4:0) qarşı oyunda buna nail olub.
Mbappe futbol tarixində Peledən sonra 400 qol vuran ən gənc oyunçudur.
Qeyd edək ki, Kilian Mbappe klub səviyyəsində “Monako” (27), “Real Madrid” (62) və PSJ-də (256) qol vurub. Fransa millisində isə forvard 55 dəfə fərqlənib.
Namiq HUN