Mbappe tam sağalana qədər geri qayıtmaqdan imtina etdi
İdman
09.03.2026 15:41
Fransalı hücumçu Kilian Mbappe “Real Madrid”in tibb heyətinə olan inamı itirib və zədəli dizi tam sağalana qədər meydana qayıtmağı planlaşdırmır.
TodayPress TV xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Bildirilib ki, hücumçu dekabr ayından bəri dizindən əziyyət çəkir. O, əvvəllər müstəqil mütəxəssislə məsləhətləşmək üçün Parisə uçmuşdu.
Qeyd olunur ki, Mbappe zədəsini tam sağaltmaq niyyətindədir və erkən qayıtmaqla sağlamlığını riskə atmaq istəmir.
Qeyd edək ki, 27 yaşlı hücumçu cari mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 33 oyun keçirib, 38 qol vurub və 6 məhsuldar ötürmə edib. O, 2024-cü ildən “Real Madrid” də oynayır. Mbappe daha əvvəl PSJ və “Monako” da oynayıb.
Namiq HUN
tag: Kilian Mbappe,Real Madrid,Fransa,Zədə,Todaypress.tv,
