Mbappe heyranlığını gizlətmədi: “Bu, xüsusi hissdir”
İdman
14.04.2026 13:49
Kilian Mbappe “Real Madrid” klubunda çıxış etməyin onun üçün xüsusi məna daşıdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Fransalı hücumçu bu barədə fikirlərini belə ifadə edib:
“Real”da oynamaq mənim üçün Tanrının hədiyyəsi kimidir. Bu, öz ehtirasımı yaşamaq şansıdır: ən böyük oyunlarda iştirak etmək, dünyanın ən böyük klubunun bir hissəsi olmaq. Hər səhər sevdiyim işlə məşğul olduğum üçün sonsuz minnətdaram.
Xüsusilə “Santyaqo Bernabeu” stadionunda oynamaq çox həyəcanvericidir. Orada meydana çıxmaq, dünyanın ən yaxşı arenalarından birində olduğunuzu hiss etmək böyük duyğudur.
Oyun üslubum da dəyişib. Əvvəllər daha çox özünüifadəyə fokuslanırsan. Zamanla anlayırsan ki, futbol təkcə top deyil. Bu, komanda oyunu, əzm və məsuliyyətdir. Təkcə istedad kifayət etmir — meydanda uyğunlaşma və koordinasiya əsas rol oynayır”.
Qeyd edək ki, 15 aprel tarixində “Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya” ilə qarşılaşacaq. İlk görüşdə Münhen təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Namiq HUN
tag: Kilian Mbappe,Real Madrid,Klub,Çıxış,Todaypress.tv,
