Mbappe bombardirlik yarışında özünü favorit sayır

Mbappe bombardirlik yarışında özünü favorit sayır
08.06.2026 09:36 İdman

Kilian Mbappe DÇ-2026-da ən çox qol vuracaq futbolçunun kim olacağı ilə bağlı sualı cavablandırıb.

TodayPress TV xəbər verir ki, “Real Madrid” və Fransa yığma komandasının hücumçusu müxtəlif futbolçular arasında seçim edərək sonda özünü turnirin ən məhsuldar oyunçusu kimi göstərib.

Sual-cavab belə olub:

Lamin Yamal, yoxsa Erlinq Haaland?

Yamal. 

Yamal, yoxsa Vinisius Junior?

Vinisius. 

Vinisius, yoxsa Harri Keyn?

Vinisius. 

Vinisius, yoxsa Lionel Messi?

Messi. 

Messi, yoxsa Kriştianu Ronaldu?

Kriştianu. 

Kriştianu, yoxsa Mbappe?

Mən! 

Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək. Qrup mərhələsi iyunun 11-dən 27-dək davam edəcək. Hər qrupdan ilk iki yeri tutan komandalar, həmçinin üçüncü yeri tutan ən yaxşı səkkiz komanda pley-off mərhələsinə yüksələcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər