Mbappe Bakıya gəlməyəcək?
Fransa yığmasının futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyunda heyətdə yer almayacaq.
TodayPress TV tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, buna hücumçunun ayaq biləyi ilə bağlı yaşadığı problemlər səbəb olub.
Mbappe riskli durumda olduğundan, heyətdən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan–Fransa matçı noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Namiq HUN