Matçın qəhrəmanı Patrik Dorqu: “Sabah” keyfiyyətli komandadır”

Matçın qəhrəmanı Patrik Dorqu: “Sabah” keyfiyyətli komandadır”
11.09.2026 10:40 İdman

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin I turunda “Sabah”a 4:0 hesabı ilə qalib gələn “Mançester Yunayted”in müdafiəçisi Patrik Dorqu qarşılaşmanı şərh edib.

TodayPress TV xəbər verir ki, matçın ən yaxşı oyunçusu seçilən danimarkalı futbolçu UEFA-nın rəsmi saytına bəyanatında Azərbaycan təmsilçisinin keyfiyyətini xüsusi vurğulayıb:

“Çempionlar Liqasında asan oyun ola bilməz, hər bir rəqibə tam ciddiliklə yanaşmaq lazımdır. Onlar Çempionlar Liqasına təsadüfən düşməyiblər, keyfiyyətli oyunları görünür. Oyuna daxil olmaq asan olmadı, lakin ilk qolu vurduqdan sonra nəzarəti əlimizə aldığımızı hiss etdik və fasiləyə qədər daha iki qol vurduq. Bu, ikinci hissədə də oyunu tam nəzarətdə saxlamağımıza şərait yaratdı.

Dörd qol vurmaq və qapını toxunulmaz saxlamaq əla nəticədir. Turnirə bu şəkildə qayıtmaq xoşdur. Uğurlu komanda oyunu göstərdik və Premyer Liqanın növbəti turu öncəsi özümüzə inam qazandıq”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər