Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir
“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan çempionu Cənubi Afrikadan olan müdafiəçi Eyden Makkarti ilə maraqlanır.
Məlumata görə, “bayquşlar” mərkəz müdafiəçisini 3 illik müqavilə ilə heyətinə qatmaq niyyətindədir. Masazır təmsilçisi 22 yaşlı futbolçu ilə müqavilənin əsas şərtləri üzrə razılıq əldə edib.
Hazırda “Kayzer Çifs” klubunun formasını geyinən futbolçunun yaxın günlərdə Bakıya gələcəyi bildirilir.
Eyden Makkarti ötən mövsüm bütün turnirlərdə 31 oyunda iştirak edib və 2 qola imza atıb.
Namiq HUN