“Mançester Yunayted”də təhlükə siqnalları: Kerrik üçün çətin günlər başlayır!
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill Premyer Liqanın V turunda “Fulhem”lə heç-heçədən (1:1) sonra komandanın baş məşqçisi Maykl Kerrik haqqında fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
“Maykl, təbii ki, bağlanan qapılar arxasında dediklərini ictimaiyyətə açıqlamır. Məni həqiqətən narahat edən də elə bu olardı. İnsanlar onun haqqında suallar verəcəklər, lakin o, bu işə razılıq verəndə nə ilə qarşılaşacağını yaxşı bilirdi.
Ancaq hazırda heç bir təşviş yoxdur, heç kim Kerrikə təzyiq göstərmir. Bununla belə, bu cür çıxışlar davam edərsə, o, çox çətin vəziyyətdə qalacaq. Onun xatirinə komanda daha çox çalışmalıdır", - deyə Nevill bildirib.
Qeyd edək ki, hazırda “Mançester Yunayted” 5 xalla Premyer Liqanın turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
Namiq HUN