“Mançester Siti”nin baş məşqçisi VAR sistemini hədəfə aldı
İdman
13.05.2026 10:01
“VAR - püşkatma kimidir”. Xosep Qvardiola videoköməkçi hakim sistemini tənqid edib.
TodayPress TV xəbər verir ki, BBC “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın VAR sistemi ilə bağlı fikirlərini yayıb.
Mütəxəssis bildirib ki, komandası hakim səhvlərindən əziyyət çəkib və buna misal olaraq 2024 və 2025-ci illərdə uduzduqları İngiltərə Kuboku finallarını göstərib.
“Biz İngiltərə Kubokunun iki finalını hakimlərin və VAR-ın öz işini düzgün görməməsi səbəbindən uduzduq.
Belə hallar baş verəndə, hakimləri və ya VAR-ı günahlandırmaq yox, daha yaxşı oynamaq lazımdır. Mən uzun illərdir buradayam və heç vaxt başqa amillərə güvənməmişəm. Həmişə anlamışam ki, sən öz işini daha yaxşı görməlisən. Çünki VAR püşkatma kimidir”, - deyə Qvardiola bildirib.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında 35 turdan sonra 74 xalla ikinci pillədə qərarlaşıb.
Namiq HUN
tag: Xosep Qvardiola,VAR,Mançester Siti,Klub,Todaypress.tv,
