“Mançester Siti” Premyer Liqanın ulduzunu istəyir
İdman
06.01.2026 09:15
“Mançester Siti” klubu qış transfer pəncərəsində “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Gehi ilə maraqlanan komandalar siyahısına qoşulub.
TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Yanvarın 4-də “Çelsi” (1:1) ilə keçirilən oyunda komandanın iki əsas mərkəz müdafiəçisi - Yoşko Qvardiol və Ruben Diaş zədələnib. Bundan əlavə, “şəhərlilər”in digər müdafiəçisi Con Stounz artıq uzun müddətdir zədə səbəbindən sıradan çıxıb.
Bildirilir ki, Qvardiolun zədəsi ağırdır. Xorvatiyalı futbolçuda böyük baldır sümüyünün sınığı aşkarlanıb və onu cərrahi əməliyyat gözləyir
Qeyd edək ki, Mark Gehinin “Kristal Pelas”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Müdafiəçi yeni müqavilə imzalamayacağı təqdirdə klubu azad agent kimi tərk edəcək. Bu vəziyyət “Bavariya”, “Real Madrid”, “Barselona”, “İnter”, “Atletiko” və “Liverpul” kimi Avropa nəhənglərinin diqqətini cəlb edib.
“Kristal Pelas” mövsümün sonunda futbolçunu pulsuz itirməmək üçün onu artıq yanvar ayında satmaq variantını nəzərdən keçirir.
Namiq HUN
tag: Mançester Siti,Klub,Transfer,Mark Gehi,Todaypress.tv,
