Maltaya qarşı oyunun acı nəticəsi: Əliyev müalicəyə göndərildi

Maltaya qarşı oyunun acı nəticəsi: Əliyev müalicəyə göndərildi
09.06.2026 14:40 İdman

Xəyal Əliyev millinin düşərgəsini tərk edib.

TodayPress TV xəbər verir ki, Azərbaycan milli komandasının və “Sabah” klubunun futbolçusu Xəyal Əliyev yığmanın düşərgəsindən ayrılıb.

Yarımmüdafiəçi zədəsinin müalicəsi üçün İspaniyaya yollanıb.

22 yaşlı futbolçu Macarıstanın Szombathely şəhərində Malta national football team ilə keçirilən yoldaşlıq oyununda zədə alıb.

Məlumata görə, Xəyal Əliyev İspaniyanın paytaxtı Madriddə tibbi müayinədən keçəcək. Müayinələrin nəticəsindən sonra futbolçunun bərpa müddəti və müalicə proqramı ilə bağlı daha ətraflı məlumat veriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər