Maltadan sonra növbə San Marinodadır: yığmamız revanş axtarır

Maltadan sonra növbə San Marinodadır: yığmamız revanş axtarır
09.06.2026 09:38 İdman

Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan yığma komandası bu gün növbəti yoldaşlıq matçına çıxacaq.

TodayPress TV xəbər verir ki, millimiz bu dəfə San Marino yığması ilə üz-üzə gələcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv rəqiblə Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda qarşılaşacaq. 

Macarıstanlı Marton Ruşun idarə edəcəyi matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Qeyd edək ki, komandamız ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə məğlub olub. Millimiz San Marino ilə oyunda uğursuz seriyaya son qoymağa çalışacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər