Mahir Emrelinin yeni klubu bəlli oldu
Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubu ilə bağlı qərar verib.
TodayPress TV Sportal.az-a istinadən xəbər verir ki, 27 yaşlı Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə müqavilə imzalayıb.
Müqavilə müddəti üç illikdir.
Qeyd edək ki, Mahir ötən mövsümü "Nürnberq"də keçirib. 2-ci Bundesliqa klubu "Kayzerslautern" turniri 7-ci pillədə başa vurub.