Dünya çempionatında təmsilçilərimiz rəqiblərinə şans tanımadılar!

Dünya çempionatında təmsilçilərimiz rəqiblərinə şans tanımadılar!
21.10.2026 12:10 İdman

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-19 dünya çempionatında Azərbaycan millisinin 3 idmançısı növbəti mərhələyə adlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. 

Gülər Hüseynova (51 kq) 1/16 finalda ukraynalı Diana Dudinlə üz-üzə gəlib və hər 3 raundu aktivinə yazdıraraq qələbə qazanıb. O, növbəti mərhələdə serbiyalı Nataşa Lukiçlə qarşılaşacaq.

Şahin Aslanov (65 kq) dünya çempionatında inamlı start götürüb. Bosniya və Herseqovina təmsilçisi Emir Serifoviçi 5:0 hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda rumıniyalı Robert-Zholt Buzasla qüvvəsini sınayacaq.

Renat Qiyaslı (80 kq) 1/16 finalda estoniyalı Daniil Paninlə döyüşü üçüncü raundda tam üstünlüklə başa vurub. Qiyaslı növbəti mərhələdə İtaliya təmsilçisi Tiberio Nokadell ilə döyüşəcək.

Qeyd edək ki, U-19 dünya çempionatının qalibləri oktyabrın 27-də bəlli olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər