Mahir Emreli üçün yeni şans: APOEL onu istəyir
Almaniyanın “Kayzerslautern” klubunda uğursuz mövsüm keçirən Mahir Emreli karyerasını başqa ölkədə davam etdirə bilər.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Kiprin APOEL klubunun maraq dairəsinə düşüb.
Yerli mətbuatın yaydığı məlumata görə, Nikosiya klubu 28 yaşlı futbolçunu transfer etmək niyyətindədir. APOEL rəhbərliyi Mahirin hücum xəttində komandaya faydalı olacağına inanır.
Bildirilir ki, tərəflər arasında ilkin maraq mövcuddur və futbolçu karyerasını Kiprdə davam etdirə bilər.
Qeyd edək ki, Mahir Emreli ötən mövsüm “Kayzerslautern”in heyətində 13 oyunda meydana çıxıb və 2 qol vurub.
Namiq HUN