Madrid şokda! Arbeloa məğlubiyyətə görə özünü günahlandırdı
İdman
03.03.2026 09:15
“Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa La Liqanın XXVI turunda “Xetafe” ilə oyunda alınan məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb.
TodayPress TV xəbər verir ki, “kral klubu” doğma meydanda keçirilən görüşdə “Xetafe”yə 0:1 hesabı ilə uduzub.
Matçın taleyini Satrianonun 39-cu dəqiqədə vurulan qol həll edib. Oyunun sonlarında hər iki komandada qırmızı vərəqə qeydə alınıb.
Arbeloa oyundan sonra açıqlamasında belə deyib:
“Günah məndədir. Bu, yalnız mənim səhvimdir. Bu gün göstərdikləri fədakarlıqdan sonra futbolçuları günahlandırmaq fikrim yoxdur. İnkişaf üçün potensial var, amma əsas məsuliyyət mənim üzərimə düşür”.
Bu nəticədən sonra “Real” 60 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Xetafe” isə 32 xalla 11-ci yerdədir. Çempionatın lideri aktivində 64 xalı olan “Barselona” klubudur.
Namiq HUN
tag: Alvaro Arbeloa,Real Madrid,La Liqa,Xetafe,Todaypress.tv,
