Madrid nəhəngində yeni era: Arda Turan əsas namizədlərdən biridir

İdman

05.03.2026 15:14

İspaniyanın “Atletiko Madrid” klubu komandanın baş məşqçi postu üçün Arda Turanın namizədliyini nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə Fichajes nəşri məlumat yayıb.

Bildirilir ki, Türkiyənin “Eyüpspor” klubunda və daha sonra Ukraynanın “Şaxtyor Donetsk” komandasında baş məşqçi kimi uğurlu nəticələr qazanan 39 yaşlı mütəxəssis Madrid təmsilçisində işləyə bilər.

Məlumata görə, “Atletiko” rəhbərliyi hazırkı baş məşqçi Dieqo Simeonenin komandadan ayrılma ehtimalını qiymətləndirir.

Argentinalı mütəxəssisin 16 illik fəaliyyətdən sonra Milanın “Inter” klubundan gələn təklifə müsbət yanaşdığı bildirilir. Bu səbəbdən onun “Atletiko”nu tərk edə biləcəyi ehtimal olunur.

Qeyd olunur ki, “hindular”ın baş məşqçi postu üçün namizədlər siyahısında Arda Turanla yanaşı, Filipe Luis və klubun sabiq kapitanı Qabi Fernandezin də adları yer alır.

Namiq HUN

TodayPress TV

tag: Atletiko Madrid,Arda Turan,Baş məşqçi,Şaxtyor Donetsk,Todaypress.tv,