Madrid nəhəngində qalmaqal böyüyür: Arbeloaya hörmətsizlik!
İdman
08.05.2026 10:52
Madrid “Real”ında baş məşqçi Alvaro Arbeloa ilə futbolçular arasında gərginlik yaşandığı iddia olunub.
TodayPress TV xəbər verir ki, bu barədə “OK Diario” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bəzi futbolçular 43 yaşlı ispaniyalı mütəxəssisə qarşı təhqiramiz ifadələr işlədiblər.
İddiaya əsasən, oyunçular Arbeloaya “Konus” ləqəbi veriblər. Baş məşqçi bu barədə məlumat aldıqdan sonra həmin futbolçuları heyətdən kənarda saxlamağa başlayıb.
Hazırda Madrid klubunda ümumi vəziyyət də gərgindir.
Daha əvvəl “Real”ın yarımmüdafiəçiləri Federiko Valverde ilə Orelien Çuameni arasında paltardəyişmə otağında dava baş verdiyi bildirilmişdi. Hadisə nəticəsində Valverdenin kəllə-beyin travması aldığı iddia olunur.
Bundan əlavə, Fransa millisinin hücumçusu Kilian Mbappenin komandadan göndərilməsi tələbi ilə başladılan petisiyanı 40 milyondan çox insanın imzaladığı vurğulanıb.
Qeyd edək ki, “Real”ı növbəti oyununu mayın 10-da “Barselona”ya qarşı keçirəcək.
Namiq HUN
tag: Alvaro Arbeloa,Real Madrid,futbolçular,Gərginlik,Todaypress.tv,
