Madrid klubunda yeni nəfəs: Arbeloa ulduzları rahat buraxdı!
İdman
21.02.2026 16:22
Madrid “Real”ının rəhbərliyi baş məşqçi Alvaro Arbeloanın ulduz futbolçularla münasibətindən “çox məmnun” olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə The Touchline sosial şəbəkə X-də məlumat yayıb.
Bildirilir ki, ispan mütəxəssis “kral klubu”nun oyunçularına meydanda daha çox azadlıq verir və minimal taktiki göstərişlərlə kifayətlənir.
Klub rəhbərliyi sabiq baş məşqçi Xabi Alonsonu yüksək səviyyəli mütəxəssis hesab etsə də, onun lider futbolçulardan həddən artıq tələbkar olması narazılıq yaradıb. Bildirilir ki, komandanın aparıcı oyunçuları bu cür sərt yanaşmaya öyrəşməmişdilər.
Xatırladaq ki, Alonso ötən yay “Real”ın baş məşqçisi təyin olunmuşdu. Yanvarın 12-də klub onunla əməkdaşlığa xitam verildiyini açıqlayıb. Yanvarın 13-də isə komandanın sükanı arxasına Arbeloa gətirilib.
Namiq HUN
tag: Alvaro Arbeloa,Real Madrid,Futbol,Klub,Todaypress.tv,
