Madrid klubu irqçilik ittihamlarına qarşı hərəkətə keçdi
İdman
19.02.2026 17:48
Madridin “Real” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyanın “Benfika” komandası ilə keçirilən ilk oyunda baş verən və Vinisius Juniorun irqi təhqirlərə məruz qalması ilə bağlı iddialara dair araşdırma ilə əlaqədar rəsmi bəyanat yayıb.
TodayPress TV xəbər verir ki, klub UEFA tərəfindən başladılan intizam araşdırması çərçivəsində mövcud bütün sübutların təqdim edildiyini bildirib.
Açıqlamada qeyd olunub ki, “Real Madrid” fevralın 17-də Lissabonda keçirilmiş matç zamanı baş vermiş hadisələrə dair istintaqla fəal əməkdaşlıq edir.
Madrid təmsilçisi həmçinin dünya futbol ictimaiyyətinin Vinisius Juniora göstərdiyi dəstəyə görə təşəkkür edib və irqçilik, zorakılıq və nifrət hallarının idmandan və cəmiyyətdən tam aradan qaldırılması istiqamətində bütün qurumlarla əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.
Namiq HUN
tag: Real,UEFA,Benfika,Vinisius Junior,Todaypress.tv,
