Madrid gecəsinə doğru: tennisçilər nüfuzlu mükafata iddialıdır
İdman
03.03.2026 16:37
2026-cı il üçün nüfuzlu Laureus World Sports Awards mükafatının namizədləri açıqlanıb.
TodayPress TV xəbər verir ki, müxtəlif kateqoriyalar üzrə beş tennisçi siyahıya düşüb.
Kişi tennisçilərdən ilin idmançısı adına namizədlər Karlos Alkaras (İspaniya) və Yannik Sinnerdir (İtaliya).
Qadın tennisçilərdə ilin idmançısı mükafatına Arina Sobolenko (Belarus) namizəddir.
İlin sıçrayışı nominasiyasına Joao Fonseka (Braziliya) namizəd göstərilib.
İlin dönüşü mükafatının nominantı isə Amanda Anisimovadır (ABŞ)
Mükafatın qalibləri aprelin 20-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək təntənəli mərasimdə elan olunacaq.
Qeyd edək ki, 2025-ci ildə ilin ən yaxşı idmançıları kimi isveçli şüürlə tullanma ustası Arman Dyuplantis və amerikalı gimnast Simona Baylz seçilmişdilər.
Namiq HUN
tag: Laureus World Sports Awards,2026,Madrid,Tennis,Todaypress.tv,
