Madrid dövrü bitir? Simeone “İnter”lə razılaşdı
İdman
23.02.2026 16:39
“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone “İnter”lə ilkin razılığa gəlib.
TodayPress TV “El Chiringuito”ya istinadən xəbər verir ki, Dieqo Simeone mövsümün sonunda “Inter”in baş məşqçisi ola bilər.
Bildirilir ki, argentinalı mütəxəssislə Milan təmsilçisi arasında ilkin razılıq La Liqanın XXV turunda “Atletiko Madrid”in “Espanyol” üzərində 4:2 hesablı qələbəsindən sonra əldə olunub. “İnter”in Simeoneyə bir mövsümlük müqavilə təklif etməyə hazır olduğu vurğulanır.
Daha əvvəl xəbərlərdə qış transfer pəncərəsindən sonra Simeone ilə “Atletiko”nun idman direktoru Mateu Alemany arasında münasibətlərin pisləşdiyi və klubun yeni baş məşqçi axtarışına başladığı bildirilmişdi.
Qeyd edək ki, Simeone 2011-ci ilin dekabrından Madrid təmsilçisinin sükanı arxasındadır. Onun rəhbərliyi altında “hindular” iki dəfə İspaniya çempionu olub, həmçinin Avropa Liqasının qalibi adını qazanıblar.
Namiq HUN
tag: Dieqo Simeone,Atletiko Madrid,İnter,baş məşqçi,Todaypress.tv,
