Madrid derbisində hakim skandalı: CTA 3 kobud səhvi etiraf etdi!
İspaniya Hakimlərinin Texniki Komitəsi (CTA) La Liqanın VII turunda keçirilmiş “Atletiko” – “Real Madrid” matçının (2:1) baş hakimi Migel Anxel Ortis Aryasın bir neçə kobud səhvə yol verdiyini etiraf edib.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Xüsusilə, qurum hesab edir ki, “Atletiko”nun yarımmüdafiəçisi Li Kan İn Federiko Valverdeyə qarşı kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almalı idi. Eyni zamanda, CTA “Real”ın müdafiəçisi Din Höysenin VAR müdaxiləsindən sonra meydandan qovulmasını doğru qərar kimi qiymətləndirib.
Bildirilir ki, Ortis Aryas matçın ən mübahisəli üç epizodunun heç birində ilkin olaraq doğru qərar verə bilməyib və iki məqamda VAR-ın köməyinə ehtiyac duyub.
İlk epizodda hakim əvvəlcə Cud Bellingemin qaydanı pozduğunu bildirərək ona sarı vərəqə göstərib. Lakin VAR-ın müdaxiləsindən sonra folu Kristian Romeronun törətdiyi məlum olub. CTA epizodun qiymətləndirilməsi çətin olduğu üçün Ortis Aryası bu məqama görə kəskin tənqid etməyib.
Daha sonra Li Kan İn Valverdeyə qarşı sərt oynasa da, referi ona qırmızı vərəqə göstərməyib və VAR da prosesə qarışmayıb. Komitə bu epizodda cənubi koreyalı futbolçunun meydandan qovulmalı olduğunu bildirib.
Bununla belə, komitə Höysenin cəzalandırılması qərarını dəstəkləyib. “Real”ın müdafiəçisi cərimə meydançasında Culiano Simeoneyə qarşı qaydanı pozub və VAR hakimləri epizoda təkrar baxmağı məsləhət görüblər. Nəticədə referi penalti təyin edərək futbolçuya qırmızı vərəqə göstərib - CTA bu qərarı tamamilə əsaslı sayıb.
Namiq HUN