Madrid arzusu davam edir: Kvaratsxeliya barədə yeni iddia
Gürcüstanın İspaniyadakı fəxri konsulu və “Real Madrid” klubunun üzvü Mişa gürcü futbolçu Xviça Kvaratsxeliyanın mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Le10sport.com” məlumat yayıb.
O, bildirilib ki, hücumçunun bu yay PSJ-dən ayrılması real görünmür:
“Kvaratsxeliyanın atası mənim dostumdur. Düşünmürəm ki, Xviça bu il PSJ-dən ayrılsın. Paris təmsilçisi onu sadəcə buraxmayacaq. Kvaratsxeliya qəlbən madridistdir. Onun Gürcüstandakı evində Kristianu Ronaldunun posterləri asılıb”.
Qeyd edək ki, daha əvvəl Madrid təmsilçisinin Kvaratsxeliyanın transferi üçün 150 milyon avro ödəməyə hazır olduğu barədə məlumat yayılmışdı.
25 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 48 oyunda meydana çıxaraq 19 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Namiq HUN