Luka Donçiç “Leykers” tarixində iz qoydu

Luka Donçiç “Leykers” tarixində iz qoydu
01.11.2025 14:24 İdman

“Los-Anceles Leykers” klubunun sloveniya əsilli oyunqurucusu Luka Donçiç klub tarixində 2007-ci ildən bəri Kobi Brayantın nailiyyətini təkrarlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə ESPN-in məlumat yayıb. 

Donçiç cari mövsümün ilk üç oyununda orta hesabla 45 xal toplayaraq Brayantdan sonra bu göstəriciyə çatan ilk “Leykers” basketbolçusu olub.

Mövsümün əvvəlində Donçiç “Golden State Warriors” (43 xal) və “Minnesota Timberwolves”a (49 xal) qarşı matçlarda parlaq çıxış edib. Daha sonra o, üç oyunluq fasilədən sonra “Memphis Grizzlies”lə görüşdə meydana qayıdaraq 44 xal toplayıb. Ümumilikdə, bu üç matçda onun orta göstəricisi 45,3 xal olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər