Luiza Nikitçenko “Trofi” turnirində meydanı silkələdi

Luiza Nikitçenko “Trofi” turnirində meydanı silkələdi
03.12.2025 12:34 İdman

Azərbaycan millisinin üzvü Luiza Nikitçenko Beynəlxalq Həndbol Federasiyasının 17 yaşadək qızlar arasında təşkil etdiyi “Trofi” turnirində fərqlənib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb. 

“Qarabağ” klubunun həndbolçusu U-17 “Trofi” turnirində 35 qol vuraraq yarışın ən sərrast oyunçusu seçilib. Luiza Nikitçenko Böyük Britaniya, Kosovo, Belçika və Bolqarıstana qarşı oyunlarda fərqlənib və xüsusi mükafatla təltif olunub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər