Lousona böyük zərbə: Rosberq “Red Bull”un yeni favoritlərinin adını açıqladı!
“Formula-1”in 2016-cı il çempionu Niko Rosberq zədəli Isak Hacarın əvəzinə “Red Bull”da çıxış edən “Racing Bulls”un pilotu Liam Lousonun komandanın daimi sürücüsü olacağına inanmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
“Şübhəsiz ki, bu, çətin qərardır. Müəyyən məqamda komanda seçim etməli olacaq. Lakin məsələ burasındadır ki, “Red Bull” növbəti Maks Ferstappenini, növbəti Sebastian Fettelini axtarır. Bundan aşağı nəticə onları qane etmir. İndiki çıxışlarına əsasən, Liam Lousonun bu səviyyədə bir pilot kimi dəyərləndiriləcəyinə əmin deyiləm. Əgər Lindblad və Hacarı müzakirə etsək, onların belə bir qiymət alması hələ də mümkündür”, — deyə Rosberq bildirib.
Namiq HUN