“Liverpul” təcrübəli müdafiəçisini itirdi
“Liverpul” klubunun müdafiəçisi Ceremi Frimponq uzun müddət futboldan kənarda qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Bildirilir ki, niderlandlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”la (5:1) oyunda arxa bud əzələsini zədələyib.
24 yaşlı futbolçu təxminən 6 həftə oynamayacaq.
Bu müddət ərzində Frimponq Premyer Liqada “Aston Villa”, “Mançester Siti”, “Nottinqem Forest”, “Vest Hem”lə, həmçinin UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Real Madrid” və PSV ilə matçları buraxacaq.
Namiq HUN