“Liverpul” stadionunda duyğulu anlar: Jota unudulmadı

İdman

12.05.2026 14:05

“Liverpul” klubu qəzada həyatını itirən futbolçu Dioqo Jota və onun qardaşı Andre Silva üçün xatirə abidəsi ucaldıb.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, kompozisiya “Əbədi 20” adlandırılıb.

Dioqo Jota “Liverpul”da 20 nömrəli forma ilə çıxış edib. Abidənin mərkəzində futbolçunun qol sevincini simvolizə edən ürək formalı sənət əsəri yer alır. Jota qollarını qeyd edərkən tez-tez bu jestdən istifadə edirdi.

Xatirə kompozisiyasında həmçinin “Liverpul” azarkeşlərinin hər oyunun 20-ci dəqiqəsində futbolçunun xatirəsinə oxuduqları mahnının sözləri də əks olunub.

Namiq HUN

TodayPress TV

tag: Liverpul,Dioqo Jota, Andre Silva, Abidə,Todaypress.tv,