Liderin diz problemi NBA-i silkələdi

İdman

20.02.2026 12:49

Rəqib müdafiəsini yarıb keçən və “Qolden Steyt Uorriorz” komandasında lider olan Stefen Karri sağ dizindəki ağrılar səbəbindən tibbi müayinədən keçib. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, MRT müayinəsi zədəni təsdiqləyib, lakin struktur zədələr aşkar edilməyib. Təkrar müayinə 10 gün sonra aparılacaq. Əvvəlcə nəzərdə tutulmuşdu ki, Karri fevralın 20-də yenidən meydanda olacaq.

Xatırladaq ki, basketbolçuda patellofemoral ağrı sindromu, daha geniş yayılmış adı ilə “runner’s knee” diaqnozu qoyulub. Zədənin kəskinləşməsi bir neçə həftə əvvəl fərdi məşq zamanı baş verib.
Karri ağrılara baxmayaraq oyunları davam etdirməyə çalışsa da, “Detroyt Pistons”a qarşı görüşü vaxtından əvvəl bitirməyə məcbur olub və bir neçə matçı qaçırıb.

Namiq HUN

tag: “Qolden Steyt Uorriorz”,NBA,Stefen Karri,Zədə,Todaypress.tv,